Təbriz Güləliyev dünən axşam saatlarında çoxsaylı travmalarla Mərkəzimizə yerləşdirildi

Təbriz Güləliyev dünən axşam saatlarında Mərkəzimizə təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla gətirilmişdir. Təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılmışdır. Müayinə nəticəsində xəstəyə: Müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyuldu. Hal hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir.

Diqər xəbərlər